OPEK-dən neft ölkələrinə zərbə: istehsalı azaltmamaq qərarı verildi
Tarix: 28-11-2014, 10:03 |
Çap et
OPEK noyabrın 27-də neft istehsalını azaltmamaq qərarına gəlib.Təşkilat sutkada 30 milyon barrel mövcud kvotanı qoruyub.
Bu haqda təşkilatın nümayəndəsi Hasan Abdul-Hamid kartelin 166-cı sammitinin nəticələrinə əsasən mətbuat konfransında açıqlama verib.
Reuters bildirir ki, qəbul olunan qərar OPEK-in siyasətində qiymətləndirməyə təsir edəcək şəkildə əhəmiyyətli dəyişiklik daşıyır.
Qiymət müharibəsi OPEK-in üzvü olmayan digər neft ixracatçısı - Rusiyaya da təsir edir. Rusiya artıq Ukraynadakı davranışlarına görə qərbin qoyduğu sanksiyalardan əziyyət çəkir və öz büdcəsinin balanslaşdırmaq üçün neftin bir barrelinin 100 dollar həcmində qiymətləndirilməsinə ehtiyacı var.