Roma Papası da "quşladı": "Türkiyə-Ermənistan sərhədi açılsın" - "...dua edirəm"
Tarix: 1-12-2014, 10:36 |
Çap et
Türkiyədə üç günlük səfərdə olan Roma papası Fransis bəzi siyasi çıqlamaları ilə də diqqət mərkəzinə düşüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, O, Türkiyə-Ermənistan sərhədinin açılmasını arzuladığını deyib: "Türkiyə-Ermənistan sərhədinin açılması çox gözəl olar. Bu mənim ürəyimdən keçir”.
Roma papası onu da vurğulayıb ki, sərhədlərin açılmasına regiondakı bəzi siyasi problemlər mane olur: “Ancaq bununla belə türklərlə ermənilər arasında razılığın əldə edilməsi üçün dualar edirəm”.