Dünyanın ən təhlükəli terrorçusu Türkiyədə tutuldu
Tarix: 5-12-2014, 10:16 |
Çap et
2012-ci ildə ABŞ-ın Liviyadakı konsulluğuna hücumun təşkil etmıkdə şübhəli bilinən Abd əl-Baset Azzuz Türkiyədə saxlanılıb və ABŞ-a təhvil verilib.
Bu barədə AzVision.az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, Türkiyədə saxta pasportla yaşayıb. O, Türkiyə və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) birgə əməliyyatı çərçivəsində saxlanılıb. Daha sonra o, İordaniyaya aparılıb, buradan isə ABŞ-a göndərilib.
1980-cı illərdə Azzuz Əfqanıstanda Sovet qoşunlarına qarşı mübarizə aparıb. 1994-cü ildən o, Böyük Britaniyada yaşayıb və 2006-cı ildə terrorizm iddiası ilə həbs olunub və sonra azadlığa buraxılıb. 2011-ci ildə o, Liviyaya gəlib və “Əl-Qaidə” yaraqlılarına təlim keçib. ABŞ Azzuzu dünyanın ən təhlükəli 10 terrorçusu siyahısına daxil edib. 2012-ci ilin sentyabrında ABŞ-ın Benqazidəki konsulluğuna hücum zamanı ABŞ-ın Liviyadakı səfiri Kristifer Stivensdə daxil olmaqla dörd amerikalı öldürülüb.