Putin konfransda dünyaya hansı mesajlar verdi – Təhlil
Tarix: 19-12-2014, 09:06 | Çap et
“Putin faktiki olaraq, Ukraynadakı hərbi cinayətlərə görə məsuliyyəti üzərindən atmağa çalışır”. Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu öz Feysbuk səhifəsində çıxış edib. O, Putinin bu konfransda bütün məsuliyyəti məharətlə üzərindən atmağa çalışdığını vurğulayıb: “İlk olaraq onu qeyd etmək istərdim ki, Rusiya prezidenti əvvəlki mətbuat konfranslarında olduğu kimi özünə inamlı görünmürdü. Əvvəlki şou xarakterli mətbuat konfranslarından fərqli olaraq, bu, bir növ cəmiyyətə, müxalifətə, mediaya, beynəlxalq aləmə ünvanlanmış çoxsaylı mesajlardan ibarət bir qətiyyətsiz praqmatik müraciət idi. Putin hər bir kəlməsini süzgəcdən keçirib dilə gətirir, kəskin ifadələrdən istifadə etmirdi. Ümumilikdə ölkədəki duruma görə cavabdeh olduğunu deməklə yanaşı, eyni zamanda da ölkənin iqtisadiyyatında, xarici siyasətində baş verən uğursuzluqlara görə məsuliyyəti məharətlə üzərindən atmağa cəhd edirdi. Mərkəzi Bankın, hökumətin ünvanına sətiraltı tənqidlər yönəltsə də, beynəlxalq aləmə və dünya güclərinə gəldikdə, prezident öz ənənəsindən kənara çıxaraq, mövzudan yayınmağa çalışırdı. Amma bu ünvanlara da yönələn xeyli mesajlar vardı. Əvvəla, “Bizi Krıma görə deyil, suveren siyasətimizə görə sıxırlar" deməklə, Putin faktiki olaraq, Ukraynadakı hərbi cinayətlərə görə məsuliyyəti üzərindən atmağa çalışır və həm ölkənin daxilində, həm də xaricində yanlış rəy yaratmağa cəhd edirdi. Bu arada, Ukraynalı jurnalistin sərt sualına da Putinin cavabı eyni tonda idi. Görünür, mətbuat konfransı ərəfəsində Xarici İşlər naziri Sergey Lavrovun Fransa telekanalına müsahibəsi zamanı Ukrayna ilə bağlı pozitiv tonda mesajları da bu mövqeyə işarə idi”. Politoloq Putinin neftin ucuzlaşmasına əsas diqqətin Ukrayna olmasından diqqəti yayındırmağa çalışdığını söyləyib: “Neftin qiymətinin ucuzlaşması ilə bağlı da danışarkən Putin İranı, Venesuelanı da xatırlayaraq, yenə də bu məsələdə də başlıca səbəbin onun Ukrayna siyasətinin olmadığını önə çəkməyə çalışdı. Digər tərəfdən isə prezident müəyyən mənada kompromislərə getməyin mümkün olduğunu da nəzərə çatdırırdı. Məsələn, Rusiyada nüfuzuna görə Putindən sonra ikinci şəxs sayılan İqor Seçinin əmək haqqının həcmi ilə (istisna deyil ki, sifarişli) suala cavab verərkən prezident onun hətta xarici menecerlə əvəz edilə biləcəyinə işarə etdi. Görünür, Putin BP-nin icraçı direktoru təyin edilmiş amerikalı Robert Dadli variantına bənzər model ətrafında müzakirələrin mümkünlüyünə eyham vururdu. Bundan başqa, Putin həm də Qərblə əməkdaşlığa dair nüvə təhlükəsizliyi, terrorla mübarizə, təbabət və bir neçə digər prioritet istiqamətin gündəlikdə qaldığını bir daha xüsusi vurğuladı”. Ə.Oruclu Putinin bu konfransda iqtisadi böhrandan aydın çıxış yolu göstərə bilmədiyini deyib: “İqtisadiyyatla və onun perspektivlərilə bağlı prezidentin açıqlamaları yetərincə səthi və qeyri-müəyyən olmaqla yanaşı, böhrandan çıxma müddətinin də minimum (3 ay) və maksimum (2 il) zamanı arasındakı böyük fərq gösrərir ki, yaxın illərdə da Rusiyanın ən ciddi problemi iqtisadiyyatın inkişafı və diversifikasiyası (eynilə Azərbaycandakı kimi) olacaq. Putinin ölkənin iqtisadi inkişafı ilə bağlı konkret islahatlar proqramının olmaması açıq görünürdü. İqtisadiyyatla bağlı bütün cavablarında durumun ağır olduğunu inkar eləməyən (bəzən isə hətta onları kataklizmlər adlandıran) Putin vəziyyətdən çıxış yolunu da aydın göstərə bilmədi. Belə nəticəyə də gəlmək olar ki, Putin həm ölkənin daxilinə, həm də xaricinə belə mesajlar verməklə özünün hakimiyyətin daxilindəki ağır durumunu cəmiyyətdən və beynəlxalq aləmdən dəstək almaqla aradan qaldırmağın mümkünlüyünə işarə edirdi və məhz bu məqsədlə də yumşaq, xeyli dərəcədə diplomatik ton seçmişdi”. O, ən maraqlı məqamın MDB ölkələri ilə bağlı məsələyə xüsusi diqqətin ayrılmamasının olduğunu bildirib: “Bugünkü Putin əvvəlkindən fərqli olaraq, yaxın zamanlarda danışıqlara hazır olacaq Putinə oxşayırdı... İstisna deyil ki, bu ton həm də ABŞ Prezidenti Barak Obamanın Konqresin Ukraynaya hərbi yardıma icazə verən qanununa imza atmağı ləngitməsinə cavab idi. Odur ki, yaxın aylarda Qərb-Rusiya münasibətlərinin açıq konfrontasiya müstəvisindən tədricən dialoq müstəvisinə keçə biləcəyi də istisna olunmur. MDB ölkələrilə münasibətlərə də prezidentin xüsusi diqqət ayırmaması və daha çox Şanxay Əməkdaşlıq Təşkilatının perspektivləri haqqında danışması da maraqlı məqamlardandır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
|