Amerika Fətullah Gülənin qaytarılması mövzusunu şərh etmir
Tarix: 23-12-2014, 13:32 |
Çap et
ABŞ rəhbərliyi haqqında saxlanılma sanksiyası verilən, ölkədə yaşayan nurçu lider Fethullah Gülenin Türkiyəyə qaytarılması mövzusunu şərh etmir.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin təmsilçisi Mari Harf İdarənin gündəlik brifinqində mövzu ilə əlaqədar bunları deyib: "ABŞ Dövlət Departamenti ölkə siyasətinə uyğun olaraq, Fethullah Gülenin tutularaq ekstradisiya edilməsi tələbinə dair hər hansı bir şərh vermir, müvafiq tələbin olub-olmadığı xəbərini isə nə təsdiq, nə də təkzib edir.”
Jurnalistin "Türkiyə ilə 1970-ci illərdə imzalanmış ekstradisiya razılaşması var" xatırlatmasına xanım Harf "Təfərrüatları açıqlamırıq" deyə cavab verib.