Separatçılar hökumət qüvvələrinə məxsus bir neçə mövqeyi raket və top atəşinə tutub - Ukraynada
Tarix: 10-01-2015, 09:59 |
Çap et
Ukraynada hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında keçirilməsi nəzərdə tutulan sülh danışıqlar ərəfəsində Donbas regionunda yenidən atışmalar qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, üsyançılar hökumət qüvvələrinə məxsus bir neçə mövqeyi raket və top atəşinə tutublar.
Atışmalar nəticəsində azı 6 əsgər öldürülüb. Atışmalar zamanı evləri dağılan sakinlər Ukrayna qüvvələrindən şikayət ediblər.
Onların sözlərinə görə, hər iki tərəf tez-tez atəşkəsi pozurlar. “Atəşkəsə necə inanmaq olar? Üsyançılar atəş açmasa belə, Ukrayna əsgərləri tanklarla bizə atəş açırlar” - deyə sakin İra Osmalovskaya bildirib.
Ukrayna böhranına dair gələn həftə “Normandiya Formatı”nda sülh danışıqları gözlənilir.