Əsas Səhifə > Dünya > Separatçılar hökumət qüvvələrinə məxsus bir neçə mövqeyi raket və top atəşinə tutub

Separatçılar hökumət qüvvələrinə məxsus bir neçə mövqeyi raket və top atəşinə tutub


10-01-2015, 09:59
Separatçılar hökumət qüvvələrinə məxsus bir neçə mövqeyi raket və top atəşinə tutub
Ukraynada hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında keçirilməsi nəzərdə tutulan sülh danışıqlar ərəfəsində Donbas regionunda yenidən atışmalar qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, üsyançılar hökumət qüvvələrinə məxsus bir neçə mövqeyi raket və top atəşinə tutublar.

Atışmalar nəticəsində azı 6 əsgər öldürülüb. Atışmalar zamanı evləri dağılan sakinlər Ukrayna qüvvələrindən şikayət ediblər.

Onların sözlərinə görə, hər iki tərəf tez-tez atəşkəsi pozurlar. “Atəşkəsə necə inanmaq olar? Üsyançılar atəş açmasa belə, Ukrayna əsgərləri tanklarla bizə atəş açırlar” - deyə sakin İra Osmalovskaya bildirib.

Ukrayna böhranına dair gələn həftə “Normandiya Formatı”nda sülh danışıqları gözlənilir.

Geri qayıt