Minskdə Ukrayna danışıqları, "əsəb savaşı" gedir
Tarix: 12-02-2015, 08:43 |
Çap et
Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin Minskdə gərgin sammiti fevralın 12-nə keçən gecəyədək çəkib. Tərəflər Ukraynanın şərqində 10 aylıq müharibəyə son vermək planını dartışırlar.
Belarus paytaxtında keçən görüşə Petro Poroshenko, Vladimir Putin, Angela Merkel və Francois Hollande qatılıb.
Poroshenko danışıqlardan əvvəl deyib ki, bu görüş Ukraynanın şərqində vəziyyətin "nəzarətdən çıxmasını" əngəlləmək üçün son şansdır.
Bakı vaxtıyla gecə saat 4-də danışıqların səkkizinci saatı başlanıb. Dörd lider Mİnskdəki prezident sarayında bir otaqda müşavirləri olmadan danışıblar.
Ukrayna prezidentinin müşaviri Valeriy Chaly facebook-da yazıb ki, danışıqlar azı daha beş-altı saat çəkə bilər.
Münaqişə zonasında apreldən bəri 5 min 350-dən çox adam ölüb. Ukraynanın şərqində baş verənlər Soyuq Müharibədən bəri Moskva ilə Qərb arasında ən gərgin qarşıdurmanı yaradıb.