Misir dövləti 21 xristian vətəndaşının qətlinin qisasını bombardmanla alır
Tarix: 17-02-2015, 08:48 |
Çap et
Misir İslam Dövləti silahlı qruplaşmasının Liviyadakı mövqelərinə bir neçə hava zərbəsi endirib. Zərbələrdən bir gün öncə yaraqlılar 21 misirli xristianın başının kəsilməsini göstərən video yayıb.
Qahirə BMT-nin Təhlükəsizlik Şurasını çağırıb ki, qonşu Liviyada yaraqlılara qarşı "yeni tədbirlər görsün".
Misir Sinay yarımadasında da yaraqlılarla vuruşur. 2013-cü ilin iyulunda islamçı prezident Mohamed Morsi-ni ordu devirəndən sonra yaraqlılarla savaşda onlarla əsgər həlak olub.
Fransa fevralın 16-da Misirlə Rafale qırıcılarının ixracına dair kontrakt imzalayıb.
Avropa Birliyi bildirib ki, Liviyaya qarşı birgə əməliyyatı müzakirə etmək üçün bu həftə Misir və ABŞ hökumətləri ilə görüşəcək.