İŞİD məktəblərdə Məhəmməd ibn Əbdül-Vəhhabın kitablarının tədrisini həyata keçirir
Tarix: 20-02-2015, 11:47 |
Çap et
"İslam Dövləti" (İŞİD) terror qruplaşması Suriyanın əl-Məyadin şəhərindən başlayaraq, məktəblərdə tədris mətnlərini dəyişdirib.
SalamNews-un Suriya İnsan Hüquqlarını Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, ekstremistlər şagirdlərə vəhhabiliyin banisi olan Məhəmməd ibn Əbdül-Vəhhabın kitablarının tədrisinə başlayıblar. İŞİD yeni tədris materiallarına Əbdül-Vəhhabın təkfirçi ideyalarla dolu “Tövhid” ("Üç Əsasın Şərhi") kitabını əlavə edib.
Digər bir məlumata əsasən, İŞİD bu şəhərdə çalışan müəllimləri Qruplaşmaya beyət etməyə vadar edib; beyət etməyən müəllimlər maaşlarını ala bilməyəcəklər.
Xəbər verdiyimiz kimi, İŞİD bundan əvvəl Mosul və ər-Riqqadakı təhsil müəssisələrinin işini, Qruplaşmanın tələblərinə cavab vermədiyi üçün dayandırıb.
İŞİD terrorçuları nəzarətə götürdükləri ərazilərin, demək olar, hamısında “mədrəsə”lər təsis etməklə, Əbdül-Vəhhabın adıçəkilən və digər təkfirçi xarakterli kitablarını tədris edirlər. Bu metodun məktəblərdə icrası isə "yenilik"dir.