Avropa Şurasının rəhbəri sanksiyaların genişləndirilməsinə çağırır - Rusiyaya qarşı
Tarix: 23-02-2015, 10:22 |
Çap et
Avropa Şurasının Prezidenti Donald Tusk deyib ki, Avropa Birliyi liderləri ilə məsləhətləşmələrdə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinin mümkünlüyünü müzakirə edəcək. Tusk fevralın 22-də Kiyevdə Ukrayna hərbçilərinin separatçılarla döyüşlərdə ələ keçirdiyi Rusiya hərbi avadanlığının sərgisində olub.
Tusk deyib ki, məsləhətləşmələrə fevralın 23-də başlayacaq. O, Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in devrilməsinin bir illiyi münasibətilə yürüşə də qatılıb. Almaniya, Litva, Moldova və Polşa prezidentləri də tədbirdə iştirak edib.
AB fevralın 16-da Rusiyaya qarşı qara siyahını genişləndirib. Siyahıya müdafiə nazirinin iki müavini, Dövlət Dumasının iki deputatı və separatçıların 15 lideri salınıb.