İran İŞİD-ə qarşı savaşda öz rolunu vacib hesab edir...
Tarix: 12-03-2015, 09:48 |
Çap et
İran parlamentinin spikeri Ali Larijani deyir ki, İran İraqa yardım etməsə, daha çox ölkə İslam Dövləti ekstremist qrupunun təhlükəsi il üz-üzə qalar.
Larijani martın 11-də Küveytdə keçirdiyi danışıqlardan sonra danışıb. Hər iki ölkə Körfəz Ərəb ölkələrin blokunun üzvüdür və blok bu yaxınlarda İranı qonşu Yəmənə müdaxiləyə görə ittiham edib. Yəməndə şiə yaraqlı qrupu paytaxtı ələ keçirib.
ABŞ ordu generalı, Baş Qərargah rəisi Martin Dempsey martın 11-də deyib ki, İran İraqda İD yaraqlılarına qarşı mübarizədə faydalı rol oynayır, ancaq ekstremistlərin məğlub edilməsindən sonra Tehranın dəstəklədiyi döyüşçülər ölkənin birləşdirilməsi cəhdlərini sarsıda bilər.
Martın 11-də İraq əsgərləri və şiə yaraqlıları İD-nin tutduğu Tikritə girib. İran hərbi müşavirləri bu hücumda İraq qüvvələrinə yardım edir.