Netanyahu ölkənin ərəb azlığından üzr istədi...
Tarix: 24-03-2015, 09:56 |
Çap et
İsrailin baş naziri Benjamin Netanyahu ötən həftə parlament seçkisindən dediyi sözlərə görə ölkənin ərəb azlığından üzr istəyib.
Netanyahu demişdi ki, ərəb vətəndaşlar “kütləylə” səs verirlər. Onun sözləri İsrail və Birləşmiş Ştatlarda tənqidə səbəb olmuşdu.
ABŞ prezidenti Barack Obama-nın aparat rəhbəri Denis McDonough Netanyahu-nun şərhindən imtinasını qəbul etməyib. O, martın 23-də İsrailin insan haqları qrupuna deyib ki, Vaşinqton Netanyahu-nun seçki ərəfəsi dediyini diqqətə almaya bilməz.
Netanyahu martın 23-də İsraildə iqamətgahında ərəb icmasının üzvləri ilə görüşündə üzr istəyib. Onun Likud partiyası ötən həftə seçkidə qalib gəlib.