“Rusiya Ukraynaya Pasxadan sonra hücum edəcək”
Tarix: 1-04-2015, 09:34 |
Çap et
“Rusiyanın Şərqi Ukraynaya hücumu Pasxa bayramından sonra olacaq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə amerikalı general Uesli Klark çıxış edib.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında imzalanmış Minsk müqaviləsinin şərtləri demək olar ki, işləmir:
“Rusiya hələ də separatçılara kömək edir. Putin təkcə Ukraynaya yox, həm də Baltika və Polşaya hücum edəcək. Hazırda Ukrayna müharibəsini 1990-cı illərdəki Balkan müharibəsi ilə müqayisə etmək olar”.