Obama deyib ki, İŞİD-ə görə əziyyət çəkən ailələrə və uşaqlara Birləşmiş Ştatlar dəstək verməlidir
Tarix: 15-04-2015, 09:10 |
Çap et
ABŞ prezidenti Barack Obama İraqa İslam Dövləti (İD) silahlılarının didərgin saldığı adamlara humanitar yardım formasında 200 milyon dollar təklif edir. Ancaq İraqın baş naziri Haidar al-Abadi daha geniş hərbi dəstək istəyirdi.
Obama Abadi ilə aprelin 14-də Ağ Evdə görüşüb. Obama deyib ki, İD-ə görə əziyyət çəkən ailələrə və uşaqlara Birləşmiş Ştatlar dəstək verməlidir. Obama həmçinin ABŞ-ın dəstəklədiyi İraq qüvvələrinin İD-ə qarşı əldə etdiyi uğurları alqışlayıb.
ABŞ prezidenti bildirib ki, müttəfiqlər İD silahlılarının geri oturdulmasında “ciddi uğur əldə edirlər”. O, Abadi-yə İraq hökumətini proseslərə daha çox cəlb etdiyi üçün təşəkkürünü bildirib.
Obama-nın sözlərinə görə, İraq və ABŞ koalisiyası İD-nin tutduğu ərazinin dörddə birini geri alıb, ancaq silahlı qruplaşmanın məğlub edilməsi prosesi hələ uzun çəkəcək.