Yəməni dəlmə-deşik edən Amerika ehtiyat edir ki, İran şiələrə sahib çıxa
Tarix: 23-04-2015, 09:00 |
Çap et
ABŞ müdafiə naziri Ash Carter deyir ki, Birləşmiş Ştatlar Yəmənə gedən İran gəmilərinin şiəməzhəb husi yaraqlılarına qabaqcıl silah aparma ehtimalından narahatdır.
Aprelin 22-də jurnalistlər Carter-dən soruşublar ki, İran gəmilərindən biri Yəmənə keçməyə çalışarsa, Birləşmiş Ştatlar onu güclə saxlaya bilərmi. “Variantlarımız var, o həddə çatmamışıq,” Carter deyib. “Tərəfləri masaya qaytarmağa çalışdığımız mərhələdəyik”.
Carterin sözlərinə görə, Vaşinqton Tehrana aydın şəkildə bildirir ki, “açıq-aşkar odu alovlandırmaq, yaxud istənilən tərəfdən ona kömək etmək tərəfimizdən alqışlanmır”.
Bu arada USS Theodore Roosevelt təyyarə daşıyan gəmisi Yəmən sahillərinə çatmaqdadır, o, ABŞ-ın digər hərbi gəmilərinə qoşulacaq.