Amerika sünni və kürdlər üçün yardım planı hazırladı - şiə lider hücumla hədələdi
Tarix: 1-05-2015, 11:00 |
Çap et
ABŞ Konqresinin Nümayəndələr palatası İŞİD-ə qarşı döyüşən kürd peşmərgəsinə və sünni könüllülərə edilən maliyyə yardımının artırılması haqda qanunu müzakirəyə çıxarıb.
Avropa.info xəbər verir ki, qanuna uyğun olaraq bu qruplaşmalara 715 milyonluq kömək paketindən 179 milyon ayrılacaq. Pul İŞİD-ə qarşı döyüşən İraq güclərinin təliminə və təchizatına sərf olunacaq. Qalan pul isə o halda veriləcək ki, İraq hökuməti siyasi barışığa getməkdən imtina edəcək.
Lakin qanundan hamı razı deyil. Qanun Konqresdən keçdiyi halda şiə lider Şmuktada əl-Sədr İraqda yerləşən amerikan obyektlərinə hücumla hədələyib.