ABŞ Senatı İran nüvə sazişilə bağlı layihəni qəbul edib
Tarix: 8-05-2015, 08:48 |
Çap et
ABŞ Senatı Konqresə İranla nüvə sazişinə baxılması və ya rədd edilməsi hüququ verən qanun layihəsini mayın 7-də qəbul edib. Sənəd Nümayəndələr Palatasına göndərilib və gələn həftə səsə qoyulacağı gözlənir.
Tehranla yekun nüvə sazişi əldə olunarsa, bu sənəd ABŞ-ın İrana sanksiyaları qaldırmasını 30 gün ərzində donduracaq və bu müddət ərzində Konqres həmin sazişi ya təsdiqləyə, ya da rədd edə bilər.
Tehran İran Nüvə Sazişinə Baxılması Aktı adlanan sənədi tənqid edib və deyib ki, İran nüvə danışıqlarını altı dövlət təmsilçiləri ilə aparır – bir ölkənin qanunvericiləri ilə deyil.
Layihəyə əlavə olunan dəyişikliklər ötən həftə Respublikaçı senatorlar arasında narazılıq yaradıb. Müddəaların çoxu “zəhərli həblər” adlandırılıb ki, nəticədə bəzi Demokratlar dəstəyini geri götürə, Prezident Barack Obama isə sənədə veto qoya bilər.