8 yaşlı uşaq çemodanda Mərakeşdən İspaniya ərazisinə gətirilib
Tarix: 9-05-2015, 09:44 |
Çap et
İspaniya polisi bildirib ki, 8 yaşlı uşaq çemodanın içərisində Mərakeşdən İspaniyanın Şimali Afrikadakı anklavına qanunsuz “nəql” edilib.
Abou adlı oğlan uşağının içində olduğu çemodanı İspaniyanın Mərakeş sərhədindəki anklavından 19 yaşlı qadın keçirib.
AFP xəbər verir ki, polis çemodanı açanda uşağın vəziyyəti son dərəcə ağır imiş.
Xəbər verilir ki, sözü gedən gənc qadının uşaqla qohumluq əlaqəsi yoxdur.
İspaniya hakimiyyət orqanlarının məlumatına görə uşağın atası qıza onun sərhəddən bu yolla keçirilməsi üçün pul ödəyib.
Ata Kanar adalarında yaşayır və Fil Sümüyü Sahilində yaşayan oğlunu yanına gətirtmək istəyirmiş.
Uşağın atası bu hadisədən sonra oğlunun yanına gəlmək istəyərkən sərhəd keşikçiləri tərəfindən həbs edilib.
Xəbər verlir ki, Afrikada yaşayan bir çox insan qanunsuz yolla Avropaya mühacirət etmək üçün Şimali Afrikadakı İspaniya ərazisindən istifadə etməyə çalışır.