Ukrayna prezidenti Petro Poroşenko öz sərəncamı ilə Beynəlxalq məşvərət məclisinin islahat şurasını təsdiq edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında deyilir.
Sənədə əsasən Şuranın sədri keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilidir. Şuranın tərkibinə isə Avropa Birliyi ölkələrinin bir neçə keçmiş nazirləri daxil edilib. Avropa parlamenti üzvü Yatsek Sariuş-Volskidən əlavə amerikalı senator Con Makkeyn də şuranın tərkibindədirlər.
Beynəlxalq məşvərət məclisinin islahat şurasını Ukrayna prezidenti yanında məsləhətverici qurumdur. Şura betnəlxalq səriştəyə əsaslanaraq Ukraynanın islahatı üçün təklif və tövsiyələr irəli sürür.