NATO və AB “hibrid” müharibəyə qarşı birgə işləyəcək
Tarix: 15-05-2015, 08:36 |
Çap et
NATO və Avropa Birliyi (AB) razılaşıblar ki, Rusiyanın Ukraynaya qarşı apardığı “hibrid müharibə”yə qarşı əməkdaşlığı gücləndirsinlər. NATO baş katibi Jens Stoltenberg bu bəyanatla mayın 14-də, alyansın Türkiyənin Antalya şəhərində iki günlük görüşündən sonra çıxış edib.
Onun sözlərinə görə, NATO və AB hazırladıqları strategiyalar bir-birini tamamlayacaq, “istənilən üzvümüzə qarşı hibrid təhlükə halına cəld və səmərəli cavab vermək üçün birlikdə işləyə biləcəyik”.
Rusiya ötən ilin martında Krımı anneksiya edib. Qərb Rusiyanı Ukraynanın şərqində separatçı yaraqlıları dəstəkləməkdə ittiham edib, Moskva bunu yalan adlandırır.