Kerri İslam Dövləti qrupunun imkanlarının məhdudlaşdırıldığını deyir
Tarix: 18-05-2015, 16:57 |
Çap et
ABŞ Dövlət katibi John Kerri İslam Dövləti qrupunun imkanlarının məhdudlaşdırıldığını deyir.
O bunu mayın 18-də Seulda jurnalistlərə deyib.
John Kerri bu qrupun kommunikasiya və maliyyə mexanizmləri, ümumilikdə hərəkətinin məhdudlaşdırıldığını bildirib ,xüsusilə də hava patrulu olan ərazilərdə.
Amma dövlət katibi qeyd edib ki, bu hələ ki, hər yerdə tam belə deyil və Ramadiyə hücum mümkün idi.
Amma sizi tamamilə əmin edirəm ki, yaxın günlərdə hər şey tamamilə dəyişəcək-deyə o vurğulayıb.
Məlumatlara görə İslam Dövləti yaraqlıları Ramadini ələ keçirib.
Bu şəhər Bağdadın 110 kilometrliyində yerləşir.
Amma ABŞ rəhbərliyi hələlik bu məlumatı tam təsdiqləmir.
ABŞ hazırda İraq və Suriyada İslam Dövləti qrupuna qarşı yalnız hava əməliyyatları keçirir.