ABŞ-ın İran danışıqlarında təmsilçisi vəzifədən gedir
Tarix: 28-05-2015, 09:09 |
Çap et
Obama administrasiyasının nüvə danışıqlarında əsas təmsilçisi bu yay vəzifədən gedir.
Dövlət Departamenti rəsmiləri mayın 27-də bildiriblər ki, Dövlət katibinin köməkçisi Wendy Sherman İranla altı dövlətin nüvə danışıqları bitən kimi vəzifədən gedəcək. Sazişin əldə olunması üçün iyunun 30-u son tarix qoyulub.
Sherman son iki ildə Avropada İran rəsmiləri ilə texniki müzakirələrin böyük hissəsini aparıb. Onun vəzifədə olduğu müddətdə Birləşmiş Ştatlarla İran 2013-cü ilin noyabrında aralıq sazişi, apreldə çərçivə sazişi əldə ediblər.
ABŞ Dövlət katibi John Kerry mayın 30-da iranlı həmkarı ilə görüşəcək. O, Sherman-ı komandasının “əsas” üzvü adlandırıb.