Ölkə prezidenti müxalifət liderini məhkəməyə verməyə hazırlaşır
Tarix: 2-06-2015, 09:32 |
Çap et
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verəcək. ANS PRESS-in məlumatına görə, Ərdoğanın vəkili Əli Özkaya bildirib ki, bu, müxalifət liderinin iddialarına qarşı atılmış addımdır.
Qeyd edək ki, Kamal Kılıçdaroğlu çıxışlarından birində prezident sarayında qızıl suyuna çəkilmiş stəkanar və unitaz olduğunu iddia edib.
Müxalifət liderinin iddialarını xatırladan Əli Özkaya yerində aparılan araşdırma ilə Kılıçdaroğlunun yalan və böhtana əl atdığı müəyyən edilərək təzminat tələb olunacağını bildirib. Özkaya həmçinin şikayət ərizəsi ilə məhkəməyə bu gün müraciət edəcəklərini qeyd edib.
Ötən gün telekanallardan birinin canlı efirində danışan Kamal Kılıçdaroğlu saray adı çəkmədiyini desə də mitinqdən nümayiş olunan kadr Kılıçdaroğlunu təkzib etdi.
Xatırladaq ki, bu bazar günü Türkiyədə parlament seçkisi keçiriləcək və ölkədəki siyasi qruplaşmalar önə keçmək üçün mümkün olan bütün kozrlardan istifadə edirlər.