Türkiyədə vaxtından qabaq seçki gözlənilir
Tarix: 8-06-2015, 09:43 |
Çap et
Dünən Türkiyədə keçirilən parlament seçkisinin nəticələri hakim Ədalət və İnkişaf Partiyası (AKP) üçün gözlənilməz oldu. Belə ki, Xalqların Demokratiya Partiyasının (HDP) 78 millət vəkili ilə parlamentə girməsi AKP-nin təkbaşına hökumət qurması üçün lzım olan deputat sayını məhdudlaşdırıb. Bu təqdirdə ən yaxşı variant koalisiya hökuməti qurulması olsa da liderlər verdikləri bəyanatlarla bu ehtimalı da uzaqlaşdırıblar.
Belə ki, müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu hələ seçki kampaniyası zamanı bildirmişdi ki, AKP ilə hər hansı bir koalisiyadan söhbət gedə bilməz. CHP funksioneri Haluk Koç da gecə verdiyi bəyanatla bu fikri bir daha təsdiq etdi.
Hədəflərinin tək başına iqtidar olduğunu deyən MHP sədri Dövlət Baxçalı da ümumiyyətlə hər hansı bir koalisiyada yer almayacağını, şərəf və ləyaqəti ilə müxalifətçi olacağını vurğulayıb.
HDP-nin həmsədri Səlahəddin Demirtaş da AKP ilə nəinki koalisiya, hər hansı bir sahədə əməkdaşlıqları olmayacağını deyib.
Artıq bir çox siyasilər ölkədə vaxtından əvvəl keçiriləcək növbəti parlamçent seçkisi barədə danışırlar.