MHP tabanlı AKP-li bələdiyyə başqanı AKP-li kürd ideoloqa qarşı - "Əllərində bir şey varsa prokurorluğa getməyən namərddir"
Tarix: 8-06-2015, 11:45 |
Çap et
DİA.AZ: - Ankara Böyük Şəhər Bələdiyyəsinin başkanı Məlik Gökçək baş nazirin müavini Bülənt Arınça qarşı şok bir bəyanat verib. DİA.AZ türk mediasına istinadən yazır ki, Məlik Göyçək Bülənt Arınç haqqında «Səni istəmirik» demişdi.
Bunun ardından da baş nazirin müavini, Bülənt Arınç «AKP-nin mənfəətləri üçün» deyərək 100 dosyanı 8 iyunda prokurorluğa verəcəyini bəyan etmişdi. 8 iyun artıq gəlib. İndi bütün türk mətbuatı Bülənt Arınçın «açıqlayacam» dediyi vədi ilə bağlı cavab gözləyir.
Lakin B.Arınçdan xəbər çıxmasa da, Məlik Göyçək bu gün səhər saatlarında Twitter hesabından məsələ ilə bağlı olaraq bir status yazıb.
«Əllərində bir şey varsa prokurorluğa getməyən namərddir. Seçkinin nəticələri bilinəndən bəri mənə həqarət edənlərə cavabım budur. Mənim dünən də toxunulmazlığım yoxdu.. Bu gün də yoxdu. Əlində bir şey olub prokurorluğa getməyən namərddir. Amma ümidimiz birilərinin fırıldağı ilə isə, hər kəsin hesabı olduğu kimi Allahın da bir hesabı vardır… Həyatım boyunca Allahdan başqa kimsədən qorxmadım. Qorxmayacağımın da bilinməsini istəyirəm… »