Ərdoğan Baxçalını yumşalda bilib...
Tarix: 11-06-2015, 09:13 |
Çap et
Ötən axşan Türkiyə Milliyətçi Hərəkat Partiyası (MHP) rəhbərlik divanının iclası keçirilib.
dia-az.life Anspress-ə istinadən xəbər verir ki, daha əvvəl kəskin şəkildə partiyası üçün bütün koalisiya qapılarının bağlayan Baxçalı verdiyi yumşaq bəyanatla diqqəti cəlb edib. Bu istiqamətdə partiyasının qırmızı xəttini açıqlayan Baxçalı bütün formulları nəzərdən keçirəcəyini açıqlayıb. MHP başqanı, bu şərtlər daxilində AKP ilə və ya başqa formul çərçivısində fərqli bir koalisiya modeli barədə fikirləşə biləcəklərini qeyd edib.
Qeyd edək ki, bu həftə sonu MHP Mərkəz İcra Qurulu vilayət şöbələrinin sədrləri, bələdiyyə başçıları və 80 millət vəkili ilə koalisiya istiqamətində məsləhətləşmələr keçirəcək.