Moldovada avropapərəst namizəd seçkini udur
Tarix: 29-06-2015, 10:09 |
Çap et
Moldovada paytaxt Kişinauda mer seçkisinin ikinci raundunu Avropa Birliyinə tərəfdar namizəd udur. Səslərin sayılması demək olar yekunlaşıb. Bu seçkiyə Moldovanın siyasi kursu üçün bir sınaq kimi baxılırdı – ölkə AB-yə, yoxsa qonşu Rusiyaya yaxınlaşacaqdı, – sual bu idi.
Bülletenlərin 99 faizi sayılıb. Hazırkı mer Dorin Chirtoaca səslərin 53.44, rusiyapərəst namizəd Zinaida Greceanai isə 46.56 faizini toplayıb. Ancaq hələlik Greceanai məğlubiyyətini etiraf etməyib. Sosialist Partiyasının lideri Igor Dodon isə seçkidə pozuntuların olduğunu bildirib. O, iyunun 29-da səhər tezdən söyləyib ki, partiyası “seçkinin nəticəsini qəbul etmir”.
Mərkəzi Seçki Komissiyası təsdiqləmə prosedurundan sonra rəsmi rəqəmlərin elan olunacağını bildirib.