Rusiya Baltiklərin müstəqilliyi məsələsinə baxır
Tarix: 1-07-2015, 09:17 |
Çap et
Rusiya Baş Prokurorluğu Baltik ölkələrinin 1991-ci ildə Sovet İttifaqından ayrılması, müstəqillik qazanması qərarının hüquqiliyini araşdırır. İyunun 30-da bunu prokurorluğun sözçüsü bildirib.
Ötən il prokurorluq qərar vermişdi ki, Krım 1954-cü ildə qeyri-qanuni olaraq Ukraynaya verilib. Bu səbəbdən Litva, Latviya və Estoniyada narahatlıq yaranıb. Litva prezidenti Dalia Grybauskaite məsələyə sərt reaksiya verib:
“Heç kəsin bizi qorxutmaq hüququ yoxdur. Müstəqilliyimizi Litva xalqının qanı və canı hesabına qazanmışıq,” o, deyib.
Çoxluqda olan Vahid Rusiya partiyasının 2 üzvü prokurorluğa müraciətində bildirib ki, Estoniya, Latviya və Litvaya müstəqillik verilməsini nəzərdə tutan qərarlar qanunsuz olub. Deputatların fikrincə, bu qərarlar ölkəyə “böyük ziyan vurub” və ona görə də “dövlətə xəyanət” sayılmalıdır.
Ancaq bu təşəbbüs çox uzağa getməyə bilər. “Bu barədə heç nə eşitməmişəm,” Rusiyanın xarici işlər naziri Sergei Lavrov Vyanada jurnalistlərə deyib. “Bildiyim odur ki, bu Baltik ölkələri ilə diplomatik münasibətlərimiz və dövlətlərarası müqavilələrimiz var”.