Ərdoğan Davutoğluna hökumət qurmaq səlahiyyəti verdi
Tarix: 10-07-2015, 09:57 |
Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin formalaşdırılmasını üçün AKP sədri Əhməd Davudoğluna səlahiyyət verib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən görə, yeni parlament 45 gün ərzində hökumətin yeni tərkibini formalaşdırmalıdır.
Qanunvericiliyə əsasən, bu prosedurun müəyyən olunmuş müddətdə baş verməyəcəyi təqdirdə prezident parlamenti buraxaraq vaxtından əvvəl seçkilər təyin etməlidir.
Əhməd Davudoğlu koalision hökumətin formalaşması məqsədi ilə parlamentdə təmsil olunan Cümhuriyyət Xalq Partiyası, Millətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyası rəhbərləri ilə görüşlər keçirəcək.