“Yunanıstan borcu ancaq borc yüngülləşdirmə tədbirləri ilə saxlana bilər” - BVF-dən Yunanıstana dair təhlil
Tarix: 15-07-2015, 09:12 |
Çap et
Beynəlxalq Valyuta Fondunun (BVF) araşdırması göstərir ki, Yunanıstana Avropa liderlərinin vermək istədiyindən daha artıq yardım gərəkdir.
Bu arada baş nazir Alexis Tsipras narazı solçu deputatları dilə tutmağa çalışır ki, iyulun 15-də sərt qənaət tədbirləri və liberal iqtisadi islahatlara səs versinlər. Məqsəd 85 milyard avroluq yardımı ala bilməkdir.
BVF-nin tədqiqatında deyilir ki, Yunanıstanın maliyyə durumu əməlli-başlı pisləşib və Avropa ölkələri ona bütün borclarını ödəmək üçün 30 il vaxt verməli olacaq.
“Yunanıstan borcu ancaq borc yüngülləşdirmə tədbirləri ilə saxlana bilər,” BVF bildirir.
Bu təhlilin Almaniyada Yunanıstana daha artıq pul verilməsinə dair müzakirələri daha da kəskinləşdirəcəyi gözlənir.