Yəməndən qaçqınlar Moskvaya çatdırılıb
Tarix: 16-07-2015, 09:09 |
Çap et
Yəməndən qaçqınları daşıyan, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus iki təyyarə Moskvanın “Domodedovo” aeroportuna çatıb. Xəbəri iyulun 16-da RİA Novosti agentliyi yayıb.
Moskvaya 17-si uşaq olmaqla, 118 nəfər gətirilib. Evakuasiya olunanlar içində daha çox Özbəkistan və Yəmən vətəndaşlarıdır. Yəməni 13 rusiyalı, 8 ukraynalı, 7 tacik, 3 moldovan, 2 efiopiyalı və 1 azərbaycanlı da tərk edib.
Həmin təyyarələr daha öncə Yəmənə 46 ton humanitar yardım, ərzaq çatdırıb.
İyulun 10-dan 16-dək Yəməndə atəşkəs elan olunub.
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəməni ələ keçirmiş husi yaraqlılarına hava zərbələri endirir.