Yunanıstan parlamenti islahatları təsdiqlədi
Tarix: 23-07-2015, 10:33 |
Çap et
Yunanıstan parlamenti Avropa liderlərinin tələb etdiyi islahatların yeni paketini yekdilliklə qəbul edib. Bu paket 85 milyard avroluq borcun verilməsi üçün lazımdır.
Səsvermə iyulun 23-də gecə saatlarında keçirilib. 300 deputatdan 200-dən çoxu lehinə səs verib.
Qanun layihəsinə mülki məhkəmə islahatları, bank depozitlərinin qorunması sxemi və banklarla bağlı digər tədbirlər daxildir.
Baş nazir Alexis Tsipras-ın ifrat solçu Syriza partiyasından deputatlar ona qarşı kəskin mövqe sərgiləyiblər.
Avropapərəst müxalifət partiyalar qanunvericiliyi dəstəkləyiblər.
Bu islahatlar qəbul olunandan sonra Yunanıstan kreditorlarla 85 milyard avroluq borc barədə danışıqlara başlaya bilər.