İranla “altılığ”ın iş birliyi Yəmən və Suriyadakı münaqişələri həll etməyə kömək edəcək
Tarix: 10-08-2015, 16:29 |
Çap et
"İran və beynəlxalq vasitəçilərdən ibarət “altılıq” arasında nüvə proqramı üzrə anlaşma Yəmən və Suriyadakı münaqişələrin tez bir zamanda həlli üçün daha çox imkan yaradacaq."
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bazar günü milli televiziyada çıxışı zamanı bildirib.
“Yəməndə münaqişənin yekun həlli siyasi yolla olmalıdır. Suriyada da yekun həll siyasi xarakter daşımalıdır. Müvafiq anlaşma (Tehran və beynəlxalq vasitəçilərdən ibarət “altılıq”) bunun üçün yeni atmosfer yaradacaq. Abu-hava daha uyğun olacaq”, - deyə H.Ruhani qeyd edib.
İran prezidenti bundan başqa qeyd edib ki, “altılıq”la danışıqlar ölçüyə gəlməz dərəcədə çətin tapşırıq olub əldə edilən nəticə buna dəyər. O bildirib ki, anlaşmaya nail olunması birgə fəaliyyət və diplomatiya ilə ciddi siyasi problemləri həll etmək və böhrana son qoymaq üçün yeganə vasitədir.