“Taliban” silahlıları İŞİD terrorçularının videosunu “barbar” addım adlandırıb
Tarix: 12-08-2015, 09:30 |
Çap et
“Taliban” hərəkatı bu yaxınlarda İŞİD terror təşkilatı tərəfindən yayımlanan girovların edamı səhnələrinin əks olunduğu videonu pisləyib və bu addımı “barbar” əməl adlandırıb.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirək ki, İŞİD silahlıları tərəfindən yayımlanan videoda Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatının bir neçə girovunun amansızlıqla edam edildiyi əks olunub. Buna münasibət bildirən taliblər bunun yolverilməz olduğunu bəyan ediblər.
“Belə təhqirdolu əməl və bir neçə məsuliyyətsiz cahil tərəfindən islam və müsəlmanlar adından həyata keçirilən digər oxşar amansız fəaliyyət qəbuledilməzdir”,- deyə “Taliban”a yaxınlığı ilə bilinən saytda yazılıb.