Steinmeier: “Ukrayna böhranı partlayıcıdır”
Tarix: 17-08-2015, 09:51 |
Çap et
Almaniyanın xarici işlər naziri deyir ki, Ukraynanın şərqində durum “partlayıcıdır” və “yeni hərbi eskalasiya”nı əngəlləmək üçün təcili danışırlar aparılmalıdır.
Frank-Walter Steinmeier bunu avqustun 16-da Bild am Sonntag-a müsahibəsində deyib. Onun sözlərinə görə, Kiyev təmsilçiləri və rusiyapərəst separatçıların təcili olaraq ATƏT nümayəndələri ilə görüşməsini və gərginliyin azaldılması üçün danışıqlar aparmasını təklif edib.
Bu ilin fevralında Minskdə atəşkəs sazişi imzalanıb. Zorakılıq nisbətən azalsa da, hər iki tərəf gündəlik olaraq pozuntuların baş verdiyini bildirir.
Ötən il münaqişə başlanandan 6 min 400 nəfər həlak olub.