Türkiyə hökuməti Cizrədə kommendant saatını qaldırır
Tarix: 12-09-2015, 10:00 |
Çap et
Türkiyə ölkənin cənub-şərqindəki Cizre şəhərində bir həftədir ki, davam edən kommendant saatı rejimini qaldırır.
Cizre şəhəri ötən cümə günü Türkiyə ordusunun kürd silahlılara qarşı hücumlarının ardınca təhlükəsizlik qüvvələri tərəfindən blokadaya salınmışdı.
Həmin vaxtdan bəri şəhərin mülki əhalisi arasında ölüm hadisələrinin artdığı barədə xəbərlər yayılırdı.
Avropa Şurası Türkiyədən bölgəyə müstəqil müşahidəçilərin daxil olmasına imkan yaradılmasını tələb etmişdi.
Cizrenin yerli hakimiyyət orqanları əhaliyə “terrorçulara qarşı uğurlu əməliyyat zamanı” göstərdikləri səbrə görə təşəkkürünü bildirib.
Şahidlər deyirlər ki, Türkiyə ordusu ilə PKK arasında baş verən toqquşmalarda 20-dək mülki şəxs həlak olub.
Türkiyə Cizreni PKK fəakliyyətinin qovşağı adlandırır.
Adının çəkilməsini istəməyən rəsmi Cizredə 80-dək PKK-çının olduğunu və daha 200-dək kürd gəncin silahlandığını bildirib.