Dövlət Baxçalı istefa xəbərini təkzib etdi
Tarix: 2-11-2015, 09:36 |
Çap et
Türkiyədə parlament seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra MHP lideri Devlet Bahçelinin istefa xəbəri yayılıb.
Musavat.com-un məlumatına görə, MHP xəbəri dərhal təkzib edib. Gecə saatlarında isə D. Bahçeli yazılı açıqlama verib.
Açıqlamada deyilir: “Millətimiz koalisiya hökuməti qurmaqdan qaçan AKP-yə tək başına hökumət qurma vizası verdi. MHP isə dövlət və iqtidarın imkanlarıyla mübarizə apararaq, milli və tarixi əmanətlərə sahib çıxaraq, ən əsası bütün hiylələri pozaraq səs və millət vəkili sayı yetərli olmasa da TBMM-də təmsil olunmaq imkanı qazandı”.