Avropa Birliyi Balkanlarda miqrant mərkəzləri tikməyi nəzərdən keçirir
Tarix: 10-11-2015, 09:20 |
Çap et
Avropa Birliyi Balkanlarda miqrant mərkəzləri tikməyi nəzərdən keçirir. Məqsəd humanitar böhranı önləmək, minlərlə miqrantın yükünü yüngülləşdirməkdir.
Bu il Almaniyaya gedən təxminən 800 min miqrant Balkanlardan keçib.
AB-nin Miqrasiya Komissarı Dimitris Avramopoulos deyib ki, yeni mərkəzlər Makedoniya və Serbiya kimi qeyri-AB ölkələrində yaradılacaq.
Bu ideya qışla bağlı narahatlıqdan doğub. Belə ki, miqrantlar soyuqda qala bilər. Artıq Almaniya, İsveç kimi zəngin AB ölkələri miqrant qəbuletmə limitinə çatmaq üzrədir.
“Bəzi üzv ölkələr bu yükü daha artıq çəkə bilməz,” Luksemburqun xarici işlər naziri Jean Asselborn deyib. Hazırda Luksemburq AB-nin fəaliyyətdə olan prezidentidir. “Biz Balkan ölkələri üçün yarana biləcək mümkün fəlakətlərdən qaçmalıyıq”.