Rusiya BMT TŞ-yə terrorizmə qarşı birgə mübarizə üzrə qətnamə layihəsi təqdim edib
Tarix: 19-11-2015, 09:20 |
Çap et
Rusiya BMT Təhlükəsizlik Şurasına terrorizmlə mübarizə üzrə səylərin əlaqələndirilməsi barədə yenilənmiş qətnamə layihəsi təqdim edib.
SalamNews-un RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin məlumat verib: "Bu, yenilənmiş qətnamə layihəsidir.
Sənəd son hadisələr fonunda hazırlanıb. İŞİD-lə mübarizə və birgə səylərin zəruriliyinə xüsusi əhəmiyyət verilib."
Onun sözlərinə əsasən, layihədə özünümüdafiə konsepsiyası və BMT Nizamnaməsinin 51-ci maddəsi dəqiq ifadə edilib: "Sənəd koordinasiya, eləcə də terror hücumları törədənlərin ələ keçirilməsi və cəzalandırılması üzrə birgə fəaliyyət barədə müddəaları özündə əks etdirir."