İŞİD kimyəvi silah istehsal etmək üçün xüsusi bölmə yaradıb
Tarix: 20-11-2015, 10:17 |
Çap et
İŞİD terror qruplaşması kimyəvi silah hazırlamaq üçün xüsusi bölmə yaradıb, tədqiqatlar və sınaqlar üçün İraq, Suriya, həmçinin digər regionlardan olan alimlər cəlb olunub. FaktXeber.com-un Assoşieeyted Press-ə istinadən məlumata görə, bu barədə İraq və Amerika kəşfiyyatı xəbər verib.
Amerikalı məmurlar anonimliklərini qorumaq şərtilə bildiriblər ki, İŞİD-in yeni növ silah, məsələn, sinir-iflic fəaliyyətli qaz hazırlamaq imkanları yoxdur. Hazırda İŞİD və Suriyada döyüşən terrorçular xardal qazından istifadə edirlər.
Qeyd edək ki, dünən Fransanın baş naziri Manuel Vals da terrorçuların kimyəvi və bakterioloji silahdan istifadə etdiklərini istisna etmədiyini bildirmişdi.