Noyabrın 24-də yüzlərlə nümayişçi Çikaqo küçələrinə çıxaraq ağdərili polis zabitinin qaradərili yeniyetməni vurmasını göstərən videoya etirazını bildirib.
37 yaşlı polis zabiti Jason Van Dyke-nin 17 yaşlı Laquan McDonald-ı öldürməsi görüntülərini prokurorluq yayıb.
“Çikaqo sakinləri bilməlidirlər ki, zabit hərəkətinə görə məsuliyyət daşıyacaq,” məlumatda deyilir. Polis zabitinə ittiham irəli sürülüb.
Son il yarımda ABŞ-da polisin afro-amerikalılara qarşı aşırı gücdən istifadə etməsi etirazlara səbəb olub.
Videoda görünən odur ki, McDonald polisdən uzaqlaşır, iki zabit isə maşınla onun qarşısını kəsir. Polis onun narkotik maddənin təsiri altında olduğunu, cibində bıçaq gəzdirdiyini bildirir.