Brüsseldə şübhəli zərfdə aşkarlanan ağ toz un imiş
Tarix: 27-11-2015, 08:40 |
Çap et
Brüsseldə şübhəli zərfdə aşkarlanan ağ toz un imiş. Brüssel yanğın departamentindən Anne Wibin noyabrın 26-da jurnalistlərə deyib ki, departamentə məsciddən zəng gəlib, zəhərli maddə tapdıqlarını söyləyiblər.
Wibin-in sözlərinə görə, həmin tozun zəhərli olmadığı aşkarlanıb. Polis rəsmisi isə bunun un olduğunu deyib.
Avropa Birliyinin baş ofisi yaxınlığında yerləşən məscidə polis toplaşmışdı.
Noyabrın 21-dən Brüsseldə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülür. Rəsmilər Paris hücumuna oxşar təhlükədən danışırlar.
Noyabrın 13-də Parisdə törədilmiş hücumlarında 130 nəfər həlak olub.