Yunanıstan paytaxtı Afinada bir qrup insan Rusiyanın Su-24 təyyarəsinin vurulmasına etiraz olaraq aksiyaya çıxıb.
Avropa.info xəbər verir ki, etiraz aksiyasında 100-dən çox adam iştirak edib. Etiraz forması kimi ABŞ və Türkiyə bayraqları yandırılıb. Mərkəzi Sintaqma meydanında toplaşan insanlar oradan Türkiyə səfirliyinə doğru addımlayıblar. Polis səfirliyə 300 metr qalmış etirazçıları saxlayıb.
Aksiya üzvləri Yunanıstanın NATO-dan çıxmasını tələb ediblər.
Qeyd edək ki, 24 noyabrda türk F-16 təyyarəsi Rusiyanın Su-24 bombardmançısını vurmuşdu.