İŞİD terrorçuları Rusiya casusunun başını kəsdi
Tarix: 3-12-2015, 09:21 |
Çap et
Dekabrın 2-də sosial mediada yayılmış videoda İslam Dövləti (İD) silahlı qruplaşması üzvünün Suriyada rusiyalı casus olduğu iddia edilən birinin başını kəsdiyi göstərilir. Video 7.5 dəqiqədir.
Narıncı geyimli bir nəfər rusca danışır, FSB Rusiya kəşfiyyat xidmətinə işlədiyini deyir. O, özünü Magomed Khasayev kimi təqdim edir, deyir ki, Rusiya kəşfiyyatı ona Suriyaya getməyi, Rusiyanın Qafqaz regionuna hücumlar törətmək üçün qayıtmaq istəyən döyüşçüləri müəyyənləşdirməyi əmr edib. O, daha öncə Çeçenistanda yaşadığını sözlərinə əlavə edir.
İyirmi ildir Rusiyanın Qafqaz regionunda islamçı yaraqlılarla mübarizə gedir Çeçenistanda iki müharibə baş verib.
İD-nin Qafqazdan minlərlə döyüşçü yığdığı söylənir.