İran yenə BMT sanksiyalarını pozub
Tarix: 8-12-2015, 08:44 |
Çap et
Ötən ay İran ortamənzilli ballistik raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının iki qətnaməsini pozub. Bunu ABŞ rəsmiləri dekabrın 7-də bəyan edib.
Fox News-un məlumatına görə, sınaq noyabrın 21-də İranın Pakistanla sərhəddəki Çabahar liman şəhərində keçirilib. Fox-un məlumatına görə, Ağ Ev rəsmilərinin bu sınaqdan xəbəri var, ancaq şərh verməyiblər.
BMT Təhlükəsizlik Şurasının 2010-cu il qətnaməsi İranda bütün ballistik raket sınaqlarını qadağan edir. Bu qətnamə İranın 6 dövlətlə əldə etdiyi nüvə sazişi həyata keçirilənədək qüvvədədir.
Həmin sazişə görə, İranın nüvə proqramını məhdudlaşdırılacağı halda, Tehrana sanksiyaların qaldırılacağı gözlənir.