İŞİD-in "Pakistan versiyası" qan tökməkdə davam edir...
Tarix: 14-12-2015, 08:34 |
Çap et
Pakistanın Əfqanıstanla sərhədində bomba partlayışında azı 24 nəfər ölüb, 70-dən çox yaralı var. Rəsmilər partlayışın dekabrın 13-də, Paraçinar şəhərindəki bazarda baş verdiyini bildirir. Hadisə vaxtı bazar alıcıyla dolu imiş.
Qadağan olunmuş Lashkar-e-Jhangvi silahlı qrupu hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu qrupun ideologiyası İslam Dövləti silahlılarına oxşardır.
Paraçinar Kurram regionunun əsas şəhəridir. Bu şəhərdə islamçı silahlılar tez-tez zorakılıqlar törədir, şiə və sünnilər arasında məzhəb münaqişələri baş verir.