Ermənistanda dəyişikliklər qəbul olundu
Tarix: 14-12-2015, 10:04 |
Çap et
Ermənistan konstitusiyasına dəyişikliklər qəbul olunub. Bunu ölkənin Mərkəzi Seçki Komissiyası dekabrın 13-də bildirib. Bir həftə öncə milli referendum keçirilmişdi.
Beləliklə, Ermənistan prezident sistemindən parlament idarəçiliyinə keçir.
Komissiyanın bütün üzvləri dəyişiklikləri təsdiqləyən qətnaməyə səs veriblər. Komissiya həmçinin müxalifətin iddiaları rədd edib. Müxalifətin Ermənistan Milli Konqresi (HAK) bildirirdi ki, hökumət səsvermədə qutulara topayla bülletenlərin atılması, bir seçicinin bir neçə nəfərin yerinə səs verməsi, seçicilərin qorxudulması kimi pozuntulara yol verib.
Seçki komissiyası “referendumun nəticələrinə təsir göstərəcək heç bir pozuntunun baş vermədiyini” bəyan edib.
Müxalifət bildirir ki, dəyişikliyin məqsədi indiki prezident Serzh Sarkisian-ın prezidentlik müddəti bitəndən– 2018-ci ildən sonra da hakimiyyətdə qalmasını təmin etməkdir.