Ağ Ev Kremli Suriyadakı ölümlərə görə ittiham edir...
Tarix: 30-12-2015, 10:13 |
Çap et
Dekabrın 29-da Rusiya bir daha Suriyada dinc sakinlərin ölümünə görə tənqid olunub. ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner qeyri-hökumət təşkilatlarının “həddən artıq narahatlıq doğuran” hesabatlarına istinad edib. Həmin hesabatlarda Rusiyanın hava zərbələrindən yüzlərlə dinc sakinin öldüyü bildirilir.
Toner-in sözlərinə görə, ABŞ Dövlət katibi John Kerry də bu “qarışıq hücumlardan” narahatlığını rusiyalı həmkarı Sergei Lavrov-la görüşdə dilə gətirib.
“Rusiya hava kampaniyasına başlayandan dinc sakinlər arasında ölüm hallarının artması barədə məlumatlar çoxalıb”, Toner deyib.
Kerry həmçinin Lavrov-a ötən həftə tanınmış suriyalı üsyançı lideri Zahran Alloush-un hava zərbəsində öldürülməsindən şikayətlənib. Bunu da Toner söyləyib.
“Bu siyasi prosesin bir hissəsi olacaq şəxslərə, eləcə də günahsız insanlara hücumlar siyasi həllin tapılması səylərinə zərbə vurur”, o, sözlərinə əlavə edib.