Sanksiyalar “bir neçə günə” yüngülləşə bilər
Tarix: 14-01-2016, 08:44 |
Çap et
ABŞ Dövlət katibi John Kerry bildirir ki, İran dünya gücləri ilə nüvə razılaşmasının əsas öhdəliyini icra edəndən sonra iqtisadi sanksiyalar “bir neçə günə yüngülləşdirilə bilər”.
Kerry yanvarın 13-də bildirib ki, İran bir neçə saata Arak nüvə reaktorunu dayandırmalıdır.
İran bu öhdəliyi həftəsonunadək bitirəcəyini bildirir.
Reuters diplomatik mənbələrə istinadla xəbər verir ki, BMT-nin nüvə agentliyinin yanvarın 15-də İranın sazişə əməl etdiyini təsdiqləyəcəyi gözlənilir.
Tehran artıq digər əsas tələbləri yerinə yetirib, Fordou və Natanzda sentrifuqaların sayını kəskin azaldıb, tonlarla az zənginləşdirilmiş uran materialını Rusiyaya göndərib.